Главная > Hərbi > Yeni hərbi nizamnamələrin hazırlanması üzrə işçi qrupun iclası keçirilib
Yeni hərbi nizamnamələrin hazırlanması üzrə işçi qrupun iclası keçirilib7-03-2025, 17:50. Разместил: Rss Bot Apa |
|
Yeni hərbi nizamnamələrin hazırlanması üzrə tədbirlər davam etdirilir. APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam, Qarnizon və Qarovul Xidmətləri, habelə Daxili Xidmət nizamnamələrinin yeni layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun martın 7-də növbəti görüşü keçirilib. Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərliyi ilə keçirilən görüşdə Silahlı Qüvvələrin aidiyyəti qurumlarının məsul vəzifəli şəxsləri iştirak edib.
Вернуться назад |