Главная > Hərbi > Azərbaycan müdafiə nazirinin müavini IDEX sərgisində iştirak edir
Azərbaycan müdafiə nazirinin müavini IDEX sərgisində iştirak edir19-02-2025, 16:50. Разместил: Rss Bot Apa |
|
Azərbaycan müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Abu Dabidə keçirilən 17-ci IDEX Beynəlxalq Müdafiə Sərgisi və Konfransı ilə 8-ci NAVDEX Dəniz Müdafiəsi Sərgisi və Konfransında iştirak edir. APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, dünyada müdafiə sənayesi sahəsindəki ən böyük sərgilərdən biri olan, 65 ölkədən 1560 şirkətin öz məhsullarını nümayiş etdirdiyi IDEX sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyi də stendlə təmsil olunur.
Вернуться назад |