Главная > Hərbi > "ADEX" sərgisində "Xilaskar" PUA-sı nümayiş olunub - VİDEO
"ADEX" sərgisində "Xilaskar" PUA-sı nümayiş olunub - VİDEO26-09-2024, 10:50. Разместил: Rss Bot Apa |
|
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakı Ekspo Mərkəzində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində Milli Müdafiə Universitetinə (MMU) və ölkəmizin digər təhsil müəssisələrinə məxsus stendlərlə tanış olub. APA MN-ə istinadən xəbər verir ki, müdafiə nazirinə məlumat verilib ki, MMU-nun Heydər Əliyev adına Hərbi İnstitutunun komandası Türkiyə Respublikasında keçirilən “TEKNOFEST 2024” texnologiya müsabiqəsinin seçim turlarından müvəffəqiyyətlə keçərək final mərhələsinə yüksəlib. Komandamız müsabiqədə “Toratan dron ZN-44” layihəsi ilə iştirak edib.
Вернуться назад |