Главная > Hərbi > Zakir Həsənov İtaliyanın Baş Qərargah rəisini qəbul edib
Zakir Həsənov İtaliyanın Baş Qərargah rəisini qəbul edib24-07-2025, 12:50. Разместил: Rss Bot Apa |
|
İyulun 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Luçano Portolanonu qəbul edib. Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, italiyalı qonağı salamlayan müdafiə naziri onu ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib. Hərbi əməkdaşlığın mövcud vəziyyətini müsbət qiymətləndirən nazir Azərbaycan-İtaliya münasibətlərinin daha da genişləndirilməsinin digər sahələrdə olduğu kimi hərbi sahədə də xüsusi əhəmiyyətə malik olduğunu bildirib.
Вернуться назад |