Zakir Həsənov İtaliyanın Baş Qərargah rəisini qəbul edib
sizinxeber.az xəbər saytı

Zakir Həsənov İtaliyanın Baş Qərargah rəisini qəbul edib


İyulun 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Luçano Portolanonu qəbul edib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, italiyalı qonağı salamlayan müdafiə naziri onu ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib. Hərbi əməkdaşlığın mövcud vəziyyətini müsbət qiymətləndirən nazir Azərbaycan-İtaliya münasibətlərinin daha da genişləndirilməsinin digər sahələrdə olduğu kimi hərbi sahədə də xüsusi əhəmiyyətə malik olduğunu bildirib.
General L.Portolano isə öz növbəsində səmimi qəbula görə general-polkovnik Z.Həsənova minnətdarlığını bildirib. Qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdıran qonaq ölkələrimiz arasında hərbi əməkdaşlığın hər iki ölkə ordusunun inkişafına töhfə verəcəyini vurğulayıb.
İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançeskonun da iştirak etdiyi görüşdə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığa, həmçinin regional təhlükəsizliyə dair maraq doğuran məsələlər müzakirə olunub.

Oxşar xəbərlər

Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul edib
Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya nümayəndə heyətini qəbul edib
Azərbaycanın Baş Qərargah rəisi İtaliya nümayəndə heyətini qəbul edib
Zakir Həsənov Türkiyə generalını qəbul edib, birgə təlimlərin intensivliyinin artırılması müzakirə olunub
Zakir Həsənov Bəhreyn Müdafiə Qüvvələrinin Baş komandanı ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər