Avropa çempionatı: Azərbaycan milliləri yarımfinal oyunlarına çıxacaqlar
sizinxeber.az xəbər saytı

Avropa çempionatı: Azərbaycan milliləri yarımfinal oyunlarına çıxacaqlar


Azərbaycanın 18 yaşadək oğlanlar və qızlardan ibarət basketbol milliləri Avropa çempionatının C divizionunda növbəti oyunlarını keçirəcəklər.

"Report"un məlumatına görə, Evren Alkayanın rəhbərlik etdiyi qızlardan ibarət komanda Kosovonun paytaxtı Priştinada təşkil olunan yarışın yarımfinal mərhələsində Kipr seçməsi ilə üz-üzə gələcək.

Anar Sarıyevin baş məşqçisi olduğu digər yığma Albaniyanın Elbasan şəhərindəki turnirin eyni raundunda meydan sahiblərinin müqavimətini qırmağa çalışacaq.

Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 19:00 və 20:30-da start götürəcək.

Qeyd edək ki, hər iki yarışın həlledici matçları iyulun 28-də olacaq.

Oxşar xəbərlər

Avropa çempionatı: Azərbaycan milliləri bu gün növbəti oyunlarını keçirəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın qızlardan ibarət basketbol millisi Ermənistana qalib gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın qızlardan ibarət basketbol millisi Avropa çempionatının yarımfinalına yüksəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın basketbol millisi Avropa çempionatına qələbə ilə start verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisi Avropa çempionatında ilk matçına çıxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər