Paulo Dibala Səudiyyə Ərəbistanı klubundan gələn fantastik təklifi rədd etdi
"Roma"nın hücumçusu Paulo Dibala Səudiyyə Ərəbistanından gələn təklifi yenidən rədd edib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, "Əl-Qadisiyah" argentinalıya illik 25 milyon avro, 100 milyon avro dəyərində dörd illik müqavilə təklif edib, lakin o, komanda ilə kubok qazanmaq istədiyi üçün "Roma"da qalmağa qərar verib.
Xatırladaq ki, 30 yaşlı futbolçunun müqaviləsində İtaliya və xarici klublar üçün iki ayrı bənd var, lakin onlar iyulun 31-dək aktivləşdirilə bilər.
Ötən mövsüm Paulo 39 matçda 16 qol vurub və 10 məhsuldar ötürmə edib.
"Əl-Qadisiyyə" Səudiyyə Liqasına yeni qoşulub. Bu mövsümlərarası fasilədə komanda artıq “Boka Xuniors”dan Ezekiel Fernandes, “Marsel”dən Pyer-Emerik Obameyanq, “Real”dan Naço Fernandes, “Kalyari”dən Naitan Nandez və “Volfsburq”dan Koen Kastelslə güclənib.
Oxşar xəbərlər
İspaniya klubu "Mançester Siti"nin futbolçusu üçün 75 milyon avro təklif edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Barselona" Olmoya görə "Leypsiq"ə 60 milyon təklif edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Atletiko" Avropa çempionunu heyətinə qatmaq istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Real"ın illik gəliri rekord məbləğə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qalatasaray" Mertenslə bağlı qərar verdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












