Главная > Futbol > Vinisiusa qarşı irqçilik edən "Valyadolid"in beş azarkeşi barədə hökm çıxarılıb
Vinisiusa qarşı irqçilik edən "Valyadolid"in beş azarkeşi barədə hökm çıxarılıb22-05-2025, 10:00. Разместил: Rss Bot Report |
|
2022-ci ildə İspaniyanın "Real" klubunun futbolçusu Vinisius Juniora qarşı irqçilik edən və onun ünvanına təhqirlər səsləndirən "Valyadolid"in 5 azarkeşi ilə bağlı məhkəmə hökm çıxarıb. "Sizinxeber.az" xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb. Vinisiusa qarşı irqçilik edən azarkeşlərlə bağlı 1 il müddətinə şərti həbs cəzası təyin edilib. Günahlandırılan şəxslərin 3 il müddətində rəsmi yarışların keçirildiyi stadionlara getməsinə qadağa qoyulub. Həmçinin onlar 2022-ci ilin dekabrında oyun zamanı baş vermiş insidentə görə cərimələniblər. Bundan əlavə, onlar 4 il müddətində təhsil, idman və ya istirahət sahələrində peşəkar fəaliyyətlə məşğul ola bilməyəcəklər. Qeyd edək ki, 2022/2023 mövsümündə İspaniya çempionatının XV turunda "Valyadolid"lə matçın 88-ci dəqiqəsində əvəzlənərək ehtiyat oyunçular skamyasına tərəf gedərkən rəqib azarkeşlər Vinisiusa qarşı irqçi təhqirlər səsləndirmişdilər. Вернуться назад |