Главная > Futbol > Premyer Liqa: "Qarabağ" turun son oyununda "Araz-Naxçıvan"ı məğlub edib
Premyer Liqa: "Qarabağ" turun son oyununda "Araz-Naxçıvan"ı məğlub edib11-05-2025, 22:30. Разместил: Rss Bot Report |
|
Misli Premyer Liqasında XXXIV tura yekun vurulub. "Sizinxeber.az"un məlumatına görə, sonuncu matçda "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gəlib. Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 2:0. 35-ci dəqiqədə Musa Qurbanlı, 59-cu dəqiqədə Aleksey Kaşuk fərqlənib. Çempionluğunu təmin etmiş "köhlən atlar" xallarının sayını 83-ə çatdırıb. Naxçıvan klubu 55 xalla üçüncü sıradadır. Günün ilk matçında "Kəpəz" "Sumqayıt"a qalib gəlib - 1:0. Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sabah" "Şamaxı"nı 3:1, "Zirə" "Səbail"i 1:0, "Neftçi" isə "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib. Вернуться назад |