Главная > Futbol > İtaliya Kuboku: “Milan” finalda
İtaliya Kuboku: “Milan” finalda24-04-2025, 02:00. Разместил: Rss Bot Report |
|
“Milan” İtaliya kubokunun yarımfinal mərhələsinin cavab oyununda “İnter”i məğlub edərək, turnirin finalına yüksəlib. “Report” xəbər verir ki, görüş “rossonerilər”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda Luka Yoviç dubl edib (36, 50-ci dəqiqə), Tijani Reynders isə daha bir qola imza atıb (85). İki oyunun nəticəsinə əsasən, “İnter”i 4:1 hesabı ilə üstələyən komanda adını həlledici raunda yazdırıb. İkinci finalçının adına bu gün təşkil olunacaq “Bolonya” - “Empoli” matçında aydınlıq gələcək. İlk görüşdə “Bolonya” 3:0 hesabı ilə qalib gəlib. Final matçı mayın 14-də baş tutacaq. Hazırda kubokun sahibi “Yuventus” İtaliya kubokunda ən çox qalibiyyət rekorduna sahibdir. Вернуться назад |