Главная > Futbol > Klublararası dünya çempionatından kənarlaşdırılan komanda İdman Arbitraj Məhkəməsinə müraciət edib
Klublararası dünya çempionatından kənarlaşdırılan komanda İdman Arbitraj Məhkəməsinə müraciət edib4-04-2025, 20:30. Разместил: Rss Bot Report |
|
Meksikanın "Leon" kollektivi FIFA Klublararası dünya çempionatından kənarlaşdırıldığı üçün İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib. "Report" xəbər verir ki, bu barədə CAS-ın mətbuat xidməti məlumat yayıb. Daha əvvəl FIFA apellyasiya komitəsi sübuta yetirib ki, adıçəkilən komanda dünya çempionatında iştirak etmək hüququna malik "Paçuka" (Meksika) klubunun nəzarət paketinə malik olan şirkətə məxsusdur. Mövcud durum isə reqlamentin pozulması deməkdir. Klublararası mundialda "Leon"u əvəz edəcək komanda daha sonra açıqlanacaq. Qeyd edək ki, "Leon" səkkizqat Meksika çempionudur. Komanda həmçinin 5 dəfə ölkə kubokunu və ölkə superkubokunu qazanıb. Вернуться назад |