Главная > Futbol > “Zirə” – “Araz-Naxçıvan” matçı iki futbolçu üçün yubileylə əlamətdar olub
“Zirə” – “Araz-Naxçıvan” matçı iki futbolçu üçün yubileylə əlamətdar olub19-01-2025, 11:00. Разместил: Rss Bot Report |
|
Misli Premyer Liqasında XIX turun “Zirə” – “Araz-Naxçıvan” matçı iki futbolçu üçün yubileylə əlamətdar olub. "Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, meydan sahiblərinin kapitanı Qismət Alıyev 200-cü, qonaqların müdafiəçisi Bəxtiyar Həsənalızadə 250-ci oyununa çıxıb. Premyer Liqada 2014/2015 mövsümündə debüt edən Qismət ümumilikdə 11 qola imza atıb. İki klubda oynayan 28 yaşlı müdafiəçi “Qəbələ”də 70 matçda 1, “Zirə”də 130 görüşdə 10 dəfə fərqlənib. Bəxtiyarın hesabında 7 qol var. 32 yaşlı müdafiəçi 2011/2012 mövsümündə “Sumqayıt” forması ilə Premyer Liqada debüt edib. O, ilk komandasında 158 (4 qol), “Zirə”də 23, “Sabah”da 52 (2 qol), “Araz-Naxçıvan”da 17 (1 qol) oyun keçirib. Вернуться назад |