Главная > Futbol > IFFHS ən yaxşı baş məşqçinin adını açıqlayıb
IFFHS ən yaxşı baş məşqçinin adını açıqlayıb23-12-2024, 21:30. Разместил: Rss Bot Report |
|
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2024-cü il üçün milli komanda səviyyəsində ən yaxşı baş məşqçinin adını açıqlayıb. "Report" xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. IFFHS-nin versiyasına əsasən, bu ada İspaniya millisinin çalışdırıcısı Luis De La Fuente layiq görülüb. 63 yaşlı mütəxəssis 274 xalla birinci olub. Argentina yığmasının baş məşqçisi Lionel Skaloni (148 xal) ikinci yeri tutub. İlk "3-lüy"ü Fransa yığmasını çalışdıran Didye Deşam (35 xal) qapayıb Вернуться назад |