Главная > Futbol > "Elfsborq" - "Qarabağ" oyununun hakimi daha əvvəl Azərbaycan millisinin matçına təyinat alıb
"Elfsborq" - "Qarabağ" oyununun hakimi daha əvvəl Azərbaycan millisinin matçına təyinat alıb10-12-2024, 14:00. Разместил: Rss Bot Report |
|
"Qarabağ"ın İsveçdə yerli "Elfsborq" komandası ilə UEFA Avropa Liqası matçını idarə edəcək Antoniu Nobre daha əvvəl Azərbaycanın U-21 millisinin oyununa təyinat alıb. "Sizinxeber.az"un məlumatına görə, 36 yaşlı referi 2019-cu ildə yığmanın səfərdə Fransanın U-21 kollektivi ilə Avropa çempionatının seçmə mərhələsindəki görüşündə iş başında olub. Həmin ildən beynəlxalq qarşılaşmalara təyinat alan A.Nobre Azərbaycan komandasının 0:5 hesabı ilə uduzduğu matçı idarə edib. O, 30-cu dəqiqədə milli üzvü Nihad Tamazova sarı vərəqə göstərib. UEFA portuqaliyalı baş hakimə cari mövsüm avrokuboklarda 3, Millətlər Liqasında 1 oyun həvalə edib. Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda, dekabrın 12-də təşkil olunacaq "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Вернуться назад |