Главная > Futbol > Eldəniz Əzizli: "Beşinci dəfə dünya çempionu olmağa çalışacağam"
Eldəniz Əzizli: "Beşinci dəfə dünya çempionu olmağa çalışacağam"30-10-2024, 11:00. Разместил: Rss Bot Report |
|
Beşinci dəfə dünya çempionu olmağa çalışacağam. Bundan sonra karyeramı bitirəcəyəm. "Sizinxeber.az" xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında qızıl medal qazanan Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına açıqlamasında deyib. 32 yaşlı idmançı növbəti il Avropa çempionatına qatılmayacağını söyləyib: "Gələcəkdə nələrin olacağını bilmirəm. Amma dünya çempionatlarındakı beşinci qızıl mükafatı əldə etmək istəyirəm". Əzizli finalda məğlub etdiyi iranlı rəqibi Poya Marz haqqında da danışıb: "Onunla əvvəl də üz-üzə gəlmişik. Bir-birimizi yaxşı tanıyırıq". Qeyd edək ki, Eldəniz Əzizli 2018, 2022 və 2023-cü illərdə də mundialın qalibi olub. Вернуться назад |