Главная > Futbol > Azərbaycan millisinin oyununa təyinat alan referi daha əvvəl "Neftçi"nin matçını idarə edib - ARAŞDIRMA
Azərbaycan millisinin oyununa təyinat alan referi daha əvvəl "Neftçi"nin matçını idarə edib - ARAŞDIRMA11-10-2024, 14:00. Разместил: Rss Bot Report |
|
UEFA Millətlər Liqasının IV turunda keçiriləcək Azərbaycan - Slovakiya matçını idarə edəcək norveçli Roxit Saqqi daha əvvəl də təmsilçimizin matçına təyinat alıb. "Report"un məlumatına görə, 32 yaşlı ədalət təmsilçisi "Neftçi"nin Konfrans Liqasındakı qarşılaşmasında iş başında olub. FIFA referisi 2022/2023 mövsümündə "ağ-qaralar"ın Avstriyada "Rapid" (Vyana) klubuna əlavə vaxtda 0:2 hesabı ilə uduzduğu III təsnifat mərhələsinin cavab oyununu idarə edib. Bakıda rəqibini 2:1 hesabı ilə üstələyən "Neftçi" bu görüşdən sonra avrokubokla vidalaşıb. Qeyd edək ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan - Slovakiya görüşü saat 20:00-da start götürəcək. Вернуться назад |