Главная > Futbol > "Birbaşa Bakı"nın baş məşqçisi: Çempionlar Liqasının final matçında ən yaxşı oyunumuzu göstərə bilmədik
"Birbaşa Bakı"nın baş məşqçisi: Çempionlar Liqasının final matçında ən yaxşı oyunumuzu göstərə bilmədik9-09-2024, 13:30. Разместил: Rss Bot Report |
|
Final matçında ən yaxşı oyunumuzu göstərə bilmədik. Bunu "Report"a açıqlamasında minifutbol üzrə Çempionlar Liqasının qalibi olan "Birbaşa Bakı"nın baş məşqçisi Dan Marius Mitu deyib. Rumıniyalı mütəxəssis titula sahib çıxdıqları üçün xoşbəxt olduqlarını bildirib: "Qalib gəldiyimiz üçün şadam. Ən yaxşı oyunumuzu sərgiləyə bilmədik. Çünki hamısı olmasa da, oyunçuların çoxu yorğun idilər. Bu, üç gün ərzində yeddinci qarşılaşmamız idi". O, qarşıdakı hədəflər barədə də danışıb: "Oynadığımız hər turnirdə qalib gəlmək niyyətindəyik. Klub rəhbərliyi futbolçuların işinə qiymət verəcək və hər kəsə mütləq hədiyyə olacaq. Qarşıdakı hədəf növbəti çempionatda qalib gəlməkdir. Əvvəlcə bir az qələbəni qeyd edəcəyik, sonra işə başlayacağıq". Qeyd edək ki, "Birbaşa Bakı" Çempionlar Liqasının final matçında Çexiyanın "Brno" kollektivini 2:1 hesabı ilə üstələyib. Вернуться назад |