Главная > Futbol > Adrian Mutu: “Məğlub olmağımız utancvericidir”
Adrian Mutu: “Məğlub olmağımız utancvericidir”19-12-2023, 03:10. Разместил: Rss Bot Report |
|
“Məğlub olmağımız utancvericidir”. “Sizinxeber.az”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu “Qarabağ”a 0:2 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XVII turunun oyunundan sonra mətbuat konfransında deyib. Rumıniyalı mütəxəssis qarşılaşmanın ardından komandasının çıxışını dəyərləndirib: “Çətin oyun idi, güclü rəqibə qarşı çıxış edirdik. Futbolçularım əzmkar mübarizə aparmağa çalışdılar. İrəlidə top saxlamağa çalışdıq, amma sonda məğlub olduq”. Baş məşqçi hücumçularından daha yaxşı oyun gözlədiyini söyləyib: “Bu gün hücum xəttində olan bütün oyunçuları meydana buraxmışdım. Onlardan daha yaxşı performans gözləyirəm”. O, Xankəndi yolunda baş verən qəzadə ağır xəsarət alan Peşəkar Futbol Liqasının əməkdaşlarına şəfa diləyib. Вернуться назад |