Главная > Futbol > Çempionlar Liqası: "Qarabağ" Macarıstanda "Ferentsvaroş" üzərində inamlı qələbə qazanıb - YENİLƏNİB-7
Çempionlar Liqası: "Qarabağ" Macarıstanda "Ferentsvaroş" üzərində inamlı qələbə qazanıb - YENİLƏNİB-720-08-2025, 01:30. Разместил: Rss Bot Report |
|
"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Ferentsvaroş"a (Macarıstan) qalib gəlib. "Sizinxeber.az" xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi 3:1 hesablı qələbəyə sevinib. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. 29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb. İkinci hissədə dönüş yaradan qonaqlar 50-ci dəqiqədə Marko Yankoviçlə "status-kvo"nu bərpa ediblər. 67-ci dəqiqədə diqqət mərkəzinə düşən Kevin Medina "köhlən atlar"ı hesabda irəli çıxarıb. 85-ci dəqiqədə rəqib qapısına yol tapan Musa Qurbanlı isə yekun hesabı müəyyənləşdirib. Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq. 00:43 UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda daha bir qol vurulub. "Sizinxeber.az" xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi hesabdakı üstünlüyünü bir qədər də artırıb - 3:1. 85-ci dəqiqədə Musa Qurbanlı meydan sahiblərini oyunu mərkəzdən başlamağa məcbur edib. 00:25 UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda üçüncü qol vurulub. "Sizinxeber.az" xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi hesabda irəli çıxıb- 2:1. 67-ci dəqiqədə Kevin Medina diqqət mərkəzinə düşüb. 00:08 UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda ikinci qol vurulub. "Sizinxeber.az" xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi hesabı bərabərləşdirib - 1:1. 50-ci dəqiqədə Marko Yankoviç fərqlənib. 00:04 UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda ikinci hissə başlayıb. "Sizinxeber.az" xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda meydan sahibləri 1:0 hesabı ilə öndədirlər. 29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb. 23:48 UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda ilk hissə yekunlaşıb. "Sizinxeber.az" xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda meydan sahibləri fasiləyə 1:0 hesabı ilə üstün yollanıblar. 29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb. 23:29 UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" oyununda hesab açılıb. "Sizinxeber.az" xəbər verir ki, "Qroupama Arena"da keçirilən matçda meydan sahibləri fərqləniblər. 29-cu dəqiqədə Barnabas Varqa adını tabloya yazdırıb. 22:00 UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ" matçı start götürüb. "Sizinxeber.az" xəbər verir ki, qarşılaşma "Qroupama Arena"da keçirilir. Görüşü portuqaliyalı FIFA referisi Juan Pedru da Silva Pineyru idarə edir. Вернуться назад |