Главная > Futbol > "Mançester Yunayted"in baş məşqçisi son 16 ilin ən pis göstəricisinə imza atıb
"Mançester Yunayted"in baş məşqçisi son 16 ilin ən pis göstəricisinə imza atıb18-08-2025, 14:00. Разместил: Rss Bot Report |
|
İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Ruben Amorim Premyer Liqada son 16 ilin ən pis göstəricisinə imza atıb. "Sizinxeber.az" "Opta"ya istinadən xəbər verir ki, bu, komandanın I turda evdə "Arsenal"a uduzması ilə reallaşıb. Mütəxəssis "qırmızı şeytanlar"da 15-ci məğlubiyyətini (7 qələbə, 6 heç-heçə) alıb. O, bu nəticəni 28 matçda əldə edib. Bu isə Çempionşipdən Premyer Liqaya yüksəlməyən komandalarda 2009-cu ildən bəri ən pis nəticədir. 2009-cu ildə "Portsmut"un baş məşqçisi Pol Hart 27 qarşılaşmada 15 məğlubiyyət alıb və 2009/2010 mövsümünün noyabrında istefaya göndərilib. Вернуться назад |