Главная > Futbol > Premyer Liqa: “Neftçi” ilk turda heç-heçə edib
Premyer Liqa: “Neftçi” ilk turda heç-heçə edib16-08-2025, 22:00. Разместил: Rss Bot Report |
|
Misli Premyer Liqasında ilk turun daha bir oyunu keçirilib. “Sizinxeber.az”un məlumatına görə, günün ikinci matçında “Neftçi” “Şamaxı”nı qəbul edib. “Neftçi Arena”dakı qarşılaşma heç-heçə yekunlaşıb - 1:1. Qonaqların heyətində 23-cü dəqiqədə Karim Rossi fərqlənib. Meydan sahiblərində Emin Mahmudov 45+2-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Qeyd edək ki, günün ilk matçında “Turan-Tovuz” “İmişli”ni bir cavabsız qolla üstələyib. Ötən gün "Karvan-Yevlax" və "Qəbələ" komandaları arasında keçirilmiş açılış oyununda qalib müəyyənləşməyib - 1:1. Turun digər qarşılaşmaları 17 və 19 avqustda keçiriləcək. "Sabah" - "Qarabağ" görüşü isə təxirə salınıb. Вернуться назад |