Главная > Futbol > "Araz-Naxçıvan"ın futbolçusu: "İnanıram ki, komandamız sabahkı oyunda istəyinə çatacaq”
"Araz-Naxçıvan"ın futbolçusu: "İnanıram ki, komandamız sabahkı oyunda istəyinə çatacaq”13-08-2025, 21:00. Разместил: Rss Bot Report |
|
"Araz-Naxçıvan" "Omoniya" ilə səfər matçında istəyinə çatacaq. "Sizinxeber.az" xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın futbolçusu Çarles Boli UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Omoniya”ya (Kipr) qarşı keçiriləcək cavab oyunundan əvvəl mətbuat konfransında deyib. Hücumçu Bakıda keçirilən ilk qarşılaşmanı unutduqlarını söyləyib: “Futbolda belə nəticələr olur. Birinci oyunu unutmuşuq. Sabahkı matçda daha yaxşı nəticə qazanacağımıza ümid edirəm. Düzdür, görüş çətin, gərgin olacaq, ancaq biz hazırıq". O, rəqibi yaxşı tanıdığını bildirib: "Rəqibə qarşı bir neçə dəfə oynamışam. Kiprin ən güclü komandalarından biridir. Lakin inanıram ki, “Araz-Naxçıvan” sabahkı oyunda istəyinə çatacaq”. Qeyd edək ki, “Omoniya" - "Araz-Naxçıvan” matçı avqustun 14-də, saat 21:00-da Nikosiyada keçiriləcək. Komandalar arasında Bakıda baş tutan matçda Kipr təmsilçisi 4:0 hesablı qələbə qazanıb. Вернуться назад |