Главная > Futbol > Almaniyalı futbolçu Cənubi Koreya yığmasında oynamağa qərar verib

Almaniyalı futbolçu Cənubi Koreya yığmasında oynamağa qərar verib


12-08-2025, 17:30. Разместил: Rss Bot Report

Almaniyanın "Borussiya" (Münhenqladbax) klubunun yarımmüdafiəçisi Yens Kastrop vətəndaşlığını dəyişərək Cənubi Koreya yığmasında oynamağa qərar verib.

"Report" FIFA-nın saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu Düsseldorf şəhərində anadan olub, atası alman, anası isə cənubi koreyalıdır.

O, daha əvvəl Almaniyanın gənclərdən ibarət yığmasında 4 oyun keçirib. Bu yay "Borussiya" ilə müqavilə imzalayan futbolçu əvvəllər "Nürnberq" və "Köln" klublarında çıxış edib.

Qeyd edək ki, Cənubi Koreya millisi 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.


Вернуться назад