Главная > Futbol > Azərbaycan çempionatının 33 mövsümündə ən çox oyun keçirən 33 futbolçu açıqlanıb
Azərbaycan çempionatının 33 mövsümündə ən çox oyun keçirən 33 futbolçu açıqlanıb12-08-2025, 11:00. Разместил: Rss Bot Report |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Azərbaycan çempionatlarında ən çox oyun keçirmiş futbolçular açıqlanıb. "Sizinxeber.az" xəbər verir ki, siyahını Peşəkar Futbol Liqası tərtib edib. Sayca 34-cü Azərbaycan çempionatına qədər baş tutan 33 mövsümdə ən çox oyun keçirən futbolçu Rahid Əmirquliyevdir. Ötən mövsüm II Liqada çıxış edən “Şahdağ Qusar”ın formasını geyinən yarımmüdafiəçi Premyer Liqada 451 matça çıxıb. Onun kimi Mahmud Qurbanov da “400” səddini keçib. O, 421 oyunda iştirak edib. İlk “üçlüy”ü Rəşad Sadiqov qapayır. Onun hesabında 392 görüş var. Ötən mövsüm Premyer Liqada meydana çıxanlar arasında rekordçu Qara Qarayevdir. “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Əmirquliyevin rekordundan 100 oyun geri qalır. “Qəbələ” ilə Premyer Liqaya yüksələn Asif Məmmədov ümumi siyahıda 4-cü yerə şərikdir. 33 mövsümdə ən çox oyun keçirən 33 futbolçu
Qeyd edək ki, Misli Premyer Liqasında yeni mövsümə avqustun 15-də start veriləcək. Вернуться назад |