Главная > Futbol > Azərbaycan millisinin Avropa Superfinalındakı rəqibləri müəyyənləşib

Azərbaycan millisinin Avropa Superfinalındakı rəqibləri müəyyənləşib


11-08-2025, 17:30. Разместил: Rss Bot Report

Azərbaycanın çimərlik futbolu millisinin Avropa Superfinalının B divizionundakı rəqibləri və yer aldığı qrup müəyyənləşib.

“Sizinxeber.az” xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda A qrupunda Litva və Belçika yığmaları ilə mübarizə aparacaq.

B qrupunda isə Qazaxıstan, Rumıniya və Malta milliləri yer alıb. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar. Finala çıxan komandalar isə A divizionunda iştirak hüququ əldə edəcəklər.

Qeyd edək ki, Avropa Superfinalı sentyabrın 7-14-ü aralığında İtaliyada keçiriləcək.


Вернуться назад