Главная > Futbol > “Qarabağ” pley-offdakı potensial rəqiblərini daha əvvəl mübarizədən kənarlaşdırıb - ARAŞDIRMA
“Qarabağ” pley-offdakı potensial rəqiblərini daha əvvəl mübarizədən kənarlaşdırıb - ARAŞDIRMA4-08-2025, 17:30. Разместил: Rss Bot Report |
|
“Qarabağ” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə “Ludoqorets” (Bolqarıstan) - “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə pley-offda üz-üzə gələcək. “Report” xəbər verir ki, Ağdam klubu “Şkendiya”ya uduzacağı halda yenə sözügedən cütün məğlubu ilə UEFA Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın daha əvvəl də adıçəkilən rəqiblərlə yolu kəsişib və yalnız Bolqarıstan təmsilçisinə məğlub olub. "Qarabağ" 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə (1:2, 7:2) əsasən Bolqarıstan komandasını mübarizədən kənarlaşdırıb. Komandalar arasında daha əvvəl iki yoxlama matçı da baş tutub. 2018-ci ildə keçirilən görüşdə heç-heçə qeydə alınıb - 1:1. Bundan bir il sonra baş tutan qarşılaşmada isə Bolqarıstan təmsilçisi 2:0 üstün olub. Son Azərbaycan çempionu Macarıstan klubu ilə 3 dəfə görüşüb. Komandalar arasındakı ilk iki matç 2022-ci ildə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə təsadüf edib. Həmin vaxt Bakıda baş tutan görüşdə heç-heçə qeydə alınıb - 1:1. Lakin “Qarabağ” səfərdə rəqibini 3:1 hesabı ilə məğlub edərək iki oyunun nəticəsinə əsasən pley-offa adlayıb. Komandalar arasında 2023-cü ildə baş tutan yoxlama matçında isə 3:3 hesabı qeydə alınıb. Qeyd edək ki, UEFA Çempionlar Liqasında pley-off matçları 19-20 və 26-27 avqustda baş tutacaq. "Qarabağ" ilk oyunu səfərdə keçirəcək. Avropa Liqasında isə bu raundun matçları avqustun 21-i və 28-də baş tutacaq. Вернуться назад |