Главная > Futbol > Mbappe klublararası dünya çempionatında "Borussiya"ya vurduğu qolu ölmüş futbolçuya həsr edib
Mbappe klublararası dünya çempionatında "Borussiya"ya vurduğu qolu ölmüş futbolçuya həsr edib6-07-2025, 07:30. Разместил: Rss Bot Report |
|
"Real Madrid"in hücumçusu Kilian Mbappe klublararası dünya çempionatının 1/4 finalında Dortmund "Borussiya"sının qapsına vurduğu qolunu "Liverpul"un avtomobil qəzasında dünyasını dəyişən hücumçusu Dioqu Jotaya həsr edib. Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir. "Real Madrid" Dortmund "Borussiya"sını 3:2 hesabı ilə məğlub edərək klublararası dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib. “Real Madrid”in üçüncü qolunu Mbappe 90+4-cü dəqiqədə vurub. Xatırladaq ki, Portuqaliya millisinin oyunçusu iyulun 3-də avtomobil qəzasına düşüb. Dioqu Jota İspaniyanın qərbindəki Zamora əyalətində avtomobil qəzasında həlak olub. Futbolçunun 28 yaşı var idi. Faciədə futbolçu ilə yanaşı qardaşı da dünyasını dəyişib. İyulun 5-də Jota və qardaşı Andre Silvanın dəfn mərasimi olub. Mərasim futbolçuların böyüdüyü Qondomar şəhərinin qəbiristanlığında baş tutub. Вернуться назад |