Главная > Futbol > KİV: Ronaldu "Əl-Nəsr"də 200 milyon avro qazanacaq
KİV: Ronaldu "Əl-Nəsr"də 200 milyon avro qazanacaq27-06-2025, 20:00. Разместил: Rss Bot Report |
|
Portuqaliyalı futbolçu Kriştianu Ronaldu "Əl-Nəsr"lə yeni müqaviləsinə əsasən yüz milyonlarla avro qazanacaq. "Report" xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, 40 yaşlı idmançı bir mövsümdə 180-200 milyon avro qazanacaq. Məbləğə əmək haqqı və imic hüquqlarından əldə edilən gəlir daxildir. Ronaldu həmçinin kiçik pay alaraq klubun ortaq sahibinə çevrilib. Bundan əlavə, “Əl-Nəsr”in rəhbərləri portuqallara heyəti gücləndirəcəklərinə söz veriblər. Ronaldu iyunun 26-da "Əl-Nəsr"lə müqaviləsini uzadıb. Portuqaliyalının klubla yeni müqaviləsi iki illikdir. Вернуться назад |