AFFA rəsmisi: Komandalarımız heç kimdən zəif deyil
sizinxeber.az xəbər saytı

AFFA rəsmisi: Komandalarımız heç kimdən zəif deyil


Komandalarımız heç kimdən zəif deyil.

Bunu “Report”a açıqlamasında AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov “Sumqayıt”, “Zirə” və “Sabah” klublarının UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün keçirəcəkləri oyunlarda şanslarını dəyərləndirərkən deyib.

65 yaşlı mütəxəssis komandalarımızın heç bir rəqibdən geri qalmadığını vurğulayıb:

“Ümidlərimiz hər il artır. Klublarımız inkişaf edirlər. Çempionatın səviyyəsi artıb. Avropada çıxış edən hər bir komandamıza uğurlar arzulayıram. Mərhələni keçmək üçün əllərindən gələni edəcəklərinə inanıram. Rəqibləri kağız üzərində favorit göstərməyi xoşlayırıq. Amma komandalarımız ən azı bu mərhələdə çıxış edən rəqiblərin heç birindən geri qalmır. Müsbət nəticə qazanmaq şansları böyükdür”.

V.Sadıqov ilk oyunlarda açıq futbol görmək ehtimalının o qədər də çox olmadığına diqqət çəkib:

“Addımlar elə ilk oyunda atılmalıdır. Çünki cavab oyunlarında son nəticə çox vacib olacaq. Həm Azərbaycan klubları, həm də rəqiblər bunu anlayırlar. İlk oyunda bəlkə də açıq futbolun şahidi olmayacağıq. Rəqiblərə aşağıdan yuxarı baxdığımız dövrlər artıq geridə qalıb. Hazırda komandalarımız elə səviyyədədir ki, hər rəqibə dik baxa bilirik”.

Qeyd edək ki, “Sumqayıt” - “Fehervar” (Macarıstan) görüşünə Bakı vaxtı ilə saat 20:00-da, “Zirə” - “DAK 1904” matçına 21:30-da start veriləcək. Macarıstanda keçiriləcək “Makkabi” (Hayfa, İsrail) - “Sabah” qarşılaşması isə 21:15-də başlayacaq.

Oxşar xəbərlər

Rəşad Sadıqov: Yaxşı komandaya qarşı mübarizə aparacağıq
"Zirə"nin baş məşqçisi: Salifu Suma öz karyerasını təhlükə altına qoydu
İsgəndər Cavadov: “Qarabağ”dan yüksək səviyyədə çıxış gözləyirəm
Azərbaycan komandalarının UEFA Konfrans Liqasında potensial rəqibləri bəlli olacaq
"Fehervar"ın baş məşqçisi: Komandamın "Sumqayıt" üzərində qələbəsinə inanıram

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle