Mahir Emreli "Nürnberq"in heyətində dubl müəllifi olub - YENİLƏNİB
Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın "Nürnberq" komandasının heyətində dubl edib.
"Report"un məlumatına görə, qarşılaşma II Bundesliqanın XXX turuna təsadüf edib.
Doğma meydanda "Paderborn" kollektivini qəbul edən "Nürnberq"in heyətində hesabı 2-ci dəqiqədə Mahir Emreli açıb. Qarşılaşmanı yüksək səviyyədə keçirən forvard 90+3-cü dəqiqədə növbəti dəfə rəqibin qapısına yol tapıb.
Bununla belə, M.Emrelinin qolları komandasına xal qazandırmayıb. Yekun nəticədə "Paderborn" 3:2 hesablı qələbəyə sevinib.
Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın "Nürnberq" komandasında növbəti qolunu vurub.
"Report"un məlumatına görə, qarşılaşma II Bundesliqanın XXX turuna təsadüf edib.
Doğma meydanda "Paderborn" kollektivini qəbul edən "Nürnberq"in heyətində hesabı 2-ci dəqiqədə Mahir Emreli açıb.
Hazırda davam edən görüşdə hesab bərabərdir - 1:1.
Qeyd edək ki, bu, 27 yaşlı hücumçunun II Bundesliqada vurduğu 6-cı qol olub. O, daha bir dəfə Almaniya Kubokunun oyununda fərqlənib.
Oxşar xəbərlər
Mahir Emreli "Nürnberq" komandasında növbəti qolunu vurub
Mahir Emreli "Nürnberq" komandasında növbətini qolunu vurub
Mahir Emreli "Nürnberq"də növbəti qolunu vurub
Mahir Emreli "Nürnberq"də qol hesabını açıb
Mahir Emreli "Nürnberq" klubunda növbəti oyununu keçirib, qarşılaşma heç-heçə yekunlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













