2024/2025 mövsümündə Azərbaycanda futbolun inkişafı ilə bağlı ayrılmış vəsaitin məbləği açıqlanıb
sizinxeber.az xəbər saytı

2024/2025 mövsümündə Azərbaycanda futbolun inkişafı ilə bağlı ayrılmış vəsaitin məbləği açıqlanıb


Azərbaycanda futbolun inkişafı ilə bağlı ayrılmış vəsaitin məbləği açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə AFFA-nın hesabatında bildirilib.

2023/2024 mövsümündə olduğu kimi, 2024/2025 mövsümündə də ayrılmış vəsait 39 milyon manat təşkil edib.

Hər iki mövsümdə Premyer Liqa (10 klub) təmsilçilərinə ümumilikdə 30 milyon manat verilib. I Liqa klublarına (əvvəlki mövsümdə 15, hazırda 10 klub) toplamda 3 milyon manat, milli komandaların saxlanılması üçün 3 milyon manat ödənilib.

Region Liqası və Region Liqa oyunlarının keçirilməsi və VAR layihə xərcləri hər iki mövsümdə 1 milyon manata bərabər olub. Cari mövsümdə II Liqadakı 14 kluba ümumilikdə 700 min manat verilib. Menecer və Məşqci korpusunun təhsilinə (AFFA-nın nəzdində) görə 300 min manat xərclənib.

Oxşar xəbərlər

Azərbaycanda ötən il dövlət xətti ilə 440 milyon manat ipoteka krediti verilib
AFFA 2024-cü ildə idman qurğularına 2 milyon 445 min 433 manat vəsait ayırıb
Azərbaycanda 11 ayda dövlət xətti ilə 437 milyon manat ipoteka krediti verilib
Azərbaycanda 11 ayda dövlət xətti ilə 396 milyon manat ipoteka krediti verilib
Azərbaycanda 10 ayda dövlət xətti ilə 383 milyon manat ipoteka krediti verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle