Cengiz Ünder icarə əsasında "Los Anceles"ə keçib
sizinxeber.az xəbər saytı

Cengiz Ünder icarə əsasında "Los Anceles"ə keçib


"Fənərbaxça"da ayrılıq baş verib.

Apasport.az xəbər verir ki, Cengiz Ünder komandanı tərk edib.

O, karyerasını ABŞ-da davam etdirəcək. Hücumçu "Los Anceles"lə müqavilə imzalayıb.

Bunu MLS təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Türkiyəli futbolçu icarə əsasında mövsümün sonunadək bu klubun şərəfini qoruyacaq.

"Los Anceles"in baş meneceri Con Torrinqton Cengiz barədə fikirlərini bildirib: “Cengiz beynəlxalq rəqabətin ən yüksək səviyyələrində təcrübəyə malik yüksək keyfiyyətli oyunçudur. O, özünü dünyanın ən yaxşı liqalarında sübut edib və onun hücum bacarıqları 2025-ci ildəki uğurumuza töhfə verəcək".

Qeyd edək ki, Ünderin "Fənərbaxça" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Oxşar xəbərlər

Şkriniar "Fənərbaxça" ilə müqavilə imzalayıb
"Fənərbaxça" heyətini Serbiya millisinin üzvü ilə gücləndirir
Zaha ABŞ klubuna icarəyə verilib
"Fənərbaxça" Türkiyə milli komandasına oyunçu göndərməyəcək
Sofyan Amrabat "Fənərbaxça"ya keçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər