Çempionlar Liqası: “Real Madrid” və “Bayer” böyük hesabla məğlub olublar
UEFA Çempionlar Liqasının əsas mərhələsində IV tura start verilib və ilk oyun günündə 9 görüş keçirilib.
“Report” xəbər verir ki, İspaniyanın “Real Madrid” komandası doğma meydanında “Milan”la (İtaliya) qarşılaşıb. Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İngiltərə təmsilçisi “Liverpul” Almaniyanın “Bayer”indən güclü olub. İngilislər dörd cavabsız qol vurub.
UEFA Çempionlar Liqası
Əsas mərhələ
IV tur
PSV (Niderland) - "Jirona" (İspaniya) - 4:0
"Slovan" (Slovakiya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:4
"Real Madrid" (İspaniya) - "Milan" (İtaliya) - 1:3
"Liverpul" (İngiltərə) - "Bayer" (Almaniya) - 4:0
"Borussiya" (Dortmund, Almaniya) - "Şturm" (Avstriya) - 1:0
"Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə) - 4:1
"Lill" (Fransa) - "Yuventus" (İtaliya) - 1:1
"Seltik" (Şotlandiya) - "Leyptsiq" (Almaniya) - 3:1
"Bolonya" (İtaliya) - "Monako" (Fransa) - 0:1
Qeyd edək ki, Liqa mərhələsində IV turun digər görüşləri noyabrın 6-da keçiriləcək.
Oxşar xəbərlər
UEFA Çempionlar Liqası: “Real" qalib gəlib, “Yuventus” məğlub olub
Çempionlar Liqası: “Mançester Siti”dən məğlubiyyət, “Milan” Madriddən qalib dönür
UEFA Çempionlar Liqası: Liqa mərhələsində III tura bu gün start veriləcək
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin II turuna yekun vurulub
UEFA Çempionlar Liqası: “Barselona” qalib gəlib, “Atletiko” evdə məğlub olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













