Qara Qarayev: "Məni De Byazi ilə görüşdürmədikləri üçün çox incidim"
Məni De Byazi ilə görüşdürmədikləri üçün çox incidim.
Bunu "Sizinxeber.az"a müsahibəsində Azərbaycan millisinin sabiq üzvü və "Araz-Naxçıvan"ın yeni transfer Qara Qarayev deyib.
32 yaşlı yarımmüdafiəçi yığmanın sabiq baş məşqçisi Canni De Byazi tərəfindən heyətdən çıxarıldıqdan sonra incidiyini söyləyib:
"Baş məşqçi heç bir səbəb olmadan məni heyətdən çıxartdı. Təəssüf ki, mənə qarşı bu addımdan sonra heç kim yanımda olmadı. O, mətbuata açıqlamışdı ki, hər kəs millidə qələbəyə sevinərkən, Qara kənarda dayanmışdı. Bu çox gülünc söhbət idi. Üzüldüyüm məqam o idi ki, bu məsələdən sonra heç kim yanımda olmadı. Onun qərarına təsir edə biləcək insanların dəstəyini görmədim. Bildirmişdim ki, De Byazi ilə görüşmək, söhbət etmək istəyirəm. Hardasa səhvim varsa, özümə desin, mən də ona hər şeyi izah edim. Amma məni onunla görüşdürmədikləri üçün çox incidim".
Qeyd edək ki, Qara Qarayevin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.
Oxşar xəbərlər
Qara Qarayev: "Neftçi"dən ayrılarkən Qriqorçuk məni qucaqlamaq istədi" - MÜSAHİBƏ
"Araz-Naxçıvan" Qara Qarayevin transferini açıqlayıb
"Neftçi"nin futbolçusu Qara Qarayev əvəzedici heyətə göndərilməsinə münasibət bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
ABŞ milli kəşfiyyatının direktoru vəzifədən ayrılmazdan əvvəl səs-küylü təhqiqatları açıqlayacaq
-
"Liverpul"un sabiq qapıçısı Adrian karyerasını başa vurur
-
"Neftçi" Premyer Liqada mövsümün son oyununa çıxır
-
Tramp danışıqlarda irəliləyiş əldə olunmasa, İrana qarşı əlavə zərbələr endirmək niyyətindədir
