Azərbaycan millisinin futbolçusu: "Portuqaliyaya ilk oyundakı məğlubiyyəti unudub, cavab matçına köklənmişik"
İlk görüşdəki məğlubiyyəti unudub, cavab matçına köklənmişik.
Bunu "Sizinxeber.az"a açıqlamasında Azərbaycanın qadınlardan ibarət milli komandasının futbolçusu Yeliz Acar Avropa çempionatının pley-off mərhələsində Portuqaliya yığmasına qarşı keçiriləcək cavab oyunundan əvvəl deyib.
O, bu gün baş tutacaq görüş barədə fikirlərini bölüşüb:
"Portuqaliya millisi çox səviyyəli futbolçulardan təşkil olunub. İstənilən halda, biz öz oyunumuzu sərigləmək üçün meydana çıxacağıq. İlk görüşdəki məğlubiyyəti unudub, cavab matçına köklənmişik. Səviyyəsi yüksək olan bir yığmaya qol vurmuşuqsa, daha artığını edə bilərik. Millimizə inamımız tamdır".
Qeyd edək ki, tərəflər arasında keçirilən ilk qarşılaşma rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Siyasət Əsgərovun baş məşqçisi olduğu Azərbaycan millisi bu gün Vizelada cavab matçına çıxacaq. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Oxşar xəbərlər
Azərbaycan millisi Portuqaliya ilə cavab matçına çıxacaq
Azərbaycan millisinin baş məşqçisi: "Yenə də komandamız sona qədər qorxmadan mübarizə apardı"
Azərbaycanın çimərlik futbolu millisi bu gün 1/8 final matçına çıxacaq
Azərbaycan millisi Bakıda Portuqaliya ilə qarşılaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
-
ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirib - YENİLƏNİB - 2
-
Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun ən qısa müddətdə açılmasına ümid edir
-
İran ABŞ-nin raketlərinə Yaxın Şərqə hücumla cavab verib
-
"Forbes" Dünya Kubokunun ən çox qazanan 11 futbolçusunun adını açıqlayıb
