Azərbaycan millisinin futbolçusu: Həyatımda "bacarmadı" sözünü eşitmək istəmirəm
Həyatımda "kaş ki" demək və "bacarmadı" sözünü eşitmək istəmirəm.
Bunu "Sizinxeber.az"a müsahibəsində Almaniyanın "Nürnberq" klubuna transfer olan Azərbaycan millisinin üzvü Mahir Emreli deyib.
27 yaşlı forvard ölkə xaricində çıxış edən azərbaycanlı futbolçuların sayının azalmasına münasibət bildirib:
"Bu barədə çox danışmaq istəməzdim. Hərənin bir cür xasiyyəti var. Yəqin ki, uyğunlaşmaq, Avropada, ölkədən kənarda yaşamaq məndə çətinlik yaratmır. Hardasa buna tab gətirə bilirəm, çətinliklər olanda buna sinə gərməyə çalışıram. Ailəm yanıma gəlir, az-çox tutuna bilirəm. Gedib qayıdanların pis addım atdıqlarını deyə bilmərəm. Bəlkə də düşünüblər ki, karyeralarında doğru addım budur. Bəzən nələrsə doğru getməyəndə insan geriyə bir addım atmalıdır. Çünki bu, onu daha sonra iki addım irəli ata bilər. "Dinamo"dan sonra Azərbaycana qayıtmamaq səbəbim var. Orada mənim üçün o qədər də yaxşı olmadı. Məndən asılı olan və olmayan səbəblər var idi. Ən azından özümə inanıram. Bunu meydanda göstərmək və ümidləri doğrultmaq niyyətindəyəm. Alınmasa da, ən azından "çalışdım" deyə biləcəyəm".
Mahir Emrelinin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.
Oxşar xəbərlər
Mahir Emreli: "Nürnberq"də özümü Azərbaycandakı kimi hiss edirəm - MÜSAHİBƏ
Miroslav Kloze: Mahir Emreli yaxşı təcrübəyə malikdir
Mahir Emreli: Qurban Qurbanovun "Dinamo" ilə bağlı mənim məsləhətimə ehtiyacı yoxdur
Mahir Emreli: "Qarabağ" bu rəqibi keçə bilər, hər zaman komandaya inanmışıq
Mahir Emreli rəsmən "Dinamo"dan ayrılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













