İngiltərə klubu avtoqəza keçirən futbolçusu ilə yolları ayırıb
sizinxeber.az xəbər saytı

İngiltərə klubu avtoqəza keçirən futbolçusu ilə yolları ayırıb


İngiltərənin "Vest Hem" klubu Maykl Antonio ilə yolları ayırıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

35 yaşlı hücumçu ilə başa çatan müqavilənin müddətinin yenilənmədiyi bildirlib. Bununla yanaşı, Premyer Liqa təmsilçisi 2024-ci ilin dekabrında ciddi avtoqəzadan sonra futbolçuya reabilitasiya prosesində dəstək və kömək göstərməyə davam edəcəyini də açıqlayıb. Bu mənada futbolçuya klubda alternativ rol verilməsi planlaşdırılıb.

Qeyd edək ki, 2015-ci ildən "Vest Hem"in formasını geyinən M.Antonio komandanın heyətində ümumilikdə meydana çıxdığı 323 matçda 83 qola imza atıb.

Oxşar xəbərlər

Premyer Liqa klubu Almaniya millisinin hücumçusunu transfer edib
"Vest Hem" yeni transferini açıqlayıb
Premyer Liqa klubu baş məşqçisini istefaya göndərdiyini açıqlayıb
"Atletiko" müdafiəçisi ilə yolları ayırıb
“Zirə”nin UEFA Konfrans Liqasındakı rəqibi futbolçusu ilə yolları ayırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər