21 yaşadək ən yaxşı gənc futbolçu adına namizədlər müəyyənləşib
21 yaşadək ən yaxşı gənc futbolçu adına namizədlər müəyyənləşib.
"Report" xəbər verir ki, “France Football” nəşri "Kopa Trophy" mükafatını qazana biləcək oyunçuların adlarını açıqlayıb.
Qısa siyahıya Pau Kubarsi, Lamin Yamal (hər ikisi "Barselona", İspaniya), Ayyub Buaddi ("Lill", Fransa), Dezire Due, Joau Neveş (hər ikisi PSJ, Fransa), Estevao ("Çelsi", İngiltərə), Din Heysen ("Real", İspaniya), Maylz Lyuis Skelli ("Arsenal", İngiltərə), Rodriqo Mora ("Portu", Portuqaliya) və Kenan Kenan Yıldız ("Yuventus", İtaliya) daxil edilib.
Səsvermədə "Qızıl top" mükafatının qalibləri iştirak edəcəklər. Hər bir şəxs namizədlər siyahısında üç oyunçu seçməlidir.
Qeyd edək ki, ötən il Lamin Yamal mükafata sahib çıxıb.
Oxşar xəbərlər
IFFHS dünyanın ən yaxşı gənc futbolçularından ibarət rəmzi komandanı açıqlayıb
Lamin Yamal “Barselona” ilə müqaviləsinin müddətini uzadıb
2024-cü ilin ən yaxşı hücumçusu adına namizədlərin adları açıqlanıb
Lamin Yamal futbol tarixinin ən bahalı gənc oyunçusu olub
İspaniya millisinin və "Barselona"nın futbolçusu “Golden Boy” mükafatını qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













