Rusiya Premyer Liqasından uzaqlaşdırılan "Torpedo"nu əvəzləyəcək komanda müəyyənləşib
sizinxeber.az xəbər saytı

Rusiya Premyer Liqasından uzaqlaşdırılan "Torpedo"nu əvəzləyəcək komanda müəyyənləşib


Futbol üzrə Rusiya Premyer Liqasından uzaqlaşdırılan "Torpedo"nu əvəzləyəcək komanda müəyyənləşib.

"Report" xəbər verir ki, yeni mövsümdə Moskva təmsilçisini "Orenburq" əvəz edəcək.

Bu barədə Rusiya Futbol Federasiyasının (RFF) İcraiyyə Komitəsi qərar qəbul edib. "Orenburq" ötən mövsüm Premyer Liqada 15-ci pilləni tutaraq I Liqaya düşmüşdü.

Qeyd edək ki, "Torpedo" klubu RFF-nin İntizam Komitəsi tərəfindən hakimlərə rüşvət vermək ittihamı ilə Premyer Liqadan uzaqlaşdırılıb. Klub həmçinin 5 milyon rubl cərimələnib.

Oxşar xəbərlər

Moskva klubu Premyer Liqadan kənarlaşdırılıb
"Qəbələ" Premyer Liqaya vəsiqəni təmin edib
Azərbaycan I Liqasının yeni formatı bəlli olub
Premyer Liqaya yüksələn klub futbolçusu ilə vidalaşıb
Azərbaycan Premyer Liqasında komanda sayı artırılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle