Главная > Fərdi > Azərbaycan cüdoçuları kata üzrə Avropa çempionatına türkiyəli mütəxəssisin rəhbərliyi ilə hazırlaşırlar

Azərbaycan cüdoçuları kata üzrə Avropa çempionatına türkiyəli mütəxəssisin rəhbərliyi ilə hazırlaşırlar


20-05-2025, 15:00. Разместил: Rss Bot Report

Azərbaycan cüdoçuları kata üzrə Avropa çempionatına hazırlıqlarını davam etdirirlər.

"Sizinxeber.az" xəbər verir ki, Milli komandaların Təlim-Məşq Mərkəzində keçirilən toplanışa 10 idmançı cəlb olunub.

Onlar mötəbər yarışa Türkiyə Cüdo Federasiyasının Təhsil direktoru, VI dan qara kəmər sahibi Mehmet Yılmazın rəhbərliyi altında hazırlaşırlar.

Avropa çempionatı 31 may – 1 iyun tarixlərində Latviyanın paytaxtı Riqada keçiriləcək. Qitə yarışında ölkəmizi “nage-no-kata” və “katame-no-kata” kata formaları üzrə 4 idmançı təmsil edəcək.

Cüdoçularımız turnirdən öncə, 28–30 may tarixlərində Riqada təşkil olunacaq Kodokan kata seminarı və imtahanında da iştirak edəcəklər.


Вернуться назад