Главная > Fərdi > “Rolan Qarros” tennis turnirinin mükafat fondu 56,3 milyon avro olacaq
“Rolan Qarros” tennis turnirinin mükafat fondu 56,3 milyon avro olacaq17-04-2025, 16:30. Разместил: Rss Bot Report |
|
Bu il keçiriləcək “Rolan Qarros” tennis turnirinin mükafat fondu 56,3 milyon avro olacaq. "Report" xəbər verir ki, bu barədə yarışın rəsmi sosial media hesabında məlumat verilib. Ötən illə müqayisədə pul mükafatı 5,21 % artıb ki, bu da 2,87 milyon avro deməkdir. Lakin raundlar arasında vəsaitin bölüşdürülməsinin təfərrüatları hələlik açıqlanmayıb. Qeyd edək ki, turnir mayın 25-dən iyunun 8-dək Parisdə keçiriləcək. Yarışın son qalibləri kişilər arasında ispaniyalı Karlos Alkaras, qadınlarda isə polşalı tennisçi İqa Svyontekdir. Вернуться назад |