Главная > Fərdi > Dünya çempionu 6 illik diskvalifikasiya edilib
Dünya çempionu 6 illik diskvalifikasiya edilib13-04-2025, 12:00. Разместил: Rss Bot Report |
|
Rusiya millisinin heyətində dünya çempionu olmuş güləşçi, 2021-ci ildən Serbiya yığmasında çıxış edən Xetaq Tsabolov 6 il müddətinə diskvalifikasiya edilib. “Report”un TASS-a istinadən məlumatına görə, buna idmançının antidopinq qaydalarını pozması səbəb olub. Güləşçi Ümumdünya Antidopinq Məcəlləsinin 2.5-ci maddəsinə əsasən dopinq-testdən yayınma, imtina və ya gəlməmə səbəbi ilə idmandan kənarlaşdırılıb. Qeyd edək ki, X.Tsabolov Rusiya yığmasının heyətində 2014-cü ildə dünya çempionu adını qazanıb. O, həmçinin 2017-ci ildə dünya çempionatının gümüş medalını qazanıb. Güləşçi Serbiya yığmasının heyətində 2023-cü ildə Avropa çempionatının bürünc mükafatçısı olub. Вернуться назад |