Главная > Fərdi > Bakıda gənc boksçular arasında Azərbaycan birinciliyi start götürəcək
Bakıda gənc boksçular arasında Azərbaycan birinciliyi start götürəcək13-01-2025, 19:30. Разместил: Rss Bot Report |
|
Sabah gənc boksçular arasında Azərbaycan birinciliyinə start veriləcək. "Sizinxeber.az" xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda oğlanlarda 13, qızlarda 2 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək. Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 64 komandanın 278 oğlan, 26 qız boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 12:00-da, döyüşlər saat 12:15-da başlanacaq. Qaliblərin adına isə yanvarın 19-da aydınlıq gələcək. Yarış çərçivəsində həmçinin qızlar arasında Boks Federasiyasının seçmə turniri də baş tutacaq və 6 çəkidə ən güclülər dəqiqləşəcək. Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər. Qeyd edək ki, birinciliyin baş hakimi Anar Babanlı olacaq. Вернуться назад |