Paris olimpiadasında zədələnən Azərbaycan taekvondoçusu 21 günə tam bərpa olunacaq
Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında zədələnən Azərbaycan taekvondoçusu Qaşım Maqomedovun (58 kq) son durumu müəyyənləşib.
Bu barədə "Sizinxeber.az"a açıqlamasında Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev məlumat verib.
Federasiya rəsmisi idmançıya final görüşündən sonra ilkin tibbi yardım göstərildiyini xatırladıb:
"Növbəti gün həkim lazım olan iynələri vurdu. Dizindən aşağı hissədə zədə alıb. Bakıda MRT-dən (Maqnit rezonans tomoqrafiya) keçdi. Əzələsində yırtıqlar var. Həkimlərin verdiyi məlumata görə, işləməyən əzələ olduğu üçün 21 gün ərzində tam bərpa olunacaq".
N.Paşayev Paris-2024-ün gümüş mükafatçısının ilin sonunda Çində baş tutacaq Qran-pri finalında iştirakının gözlənildiyini bildirib:
"Olimpiadada bir idmançımız olduğu üçün Qaşım Maqomedovun üzərində işləməyə məcbur idik. İlin əvvəlindən Cənubi Koreya, İordaniya və Türkiyədə beynəlxalq təlim-məşq toplanışlarına qatıldıq. Azərbaycana da xarici ölkələrdən sınaqçı-rəqiblər çağırdıq. Qaşım olimpiadada öz məharətini göstərdi. Medal qazanmaq üçün əzmkarlıq nümayiş etdirdi. Finalda zədələnməsəydi, bu, olimpiadanın ən maraqlı görüşlərindən biri olacaqdı".
Qeyd edək ki, Qaşım Maqomedov Cənubi Koreya təmsilçisi Park Taejoonla final qarşılaşmasında zədələndiyi üçün gümüş medalla kifayətlənib.
Oxşar xəbərlər
Paris olimpiadasında zədələnən Azərbaycan güləşçisinin son durumu açıqlanıb
Paris 2024: Azərbaycan taekvondoçusu Olimpiadanın gümüş medalını qazanıb
Paris-2024: Azərbaycan taekvondoçusu qələbə qazanıb
Paris-2024: Azərbaycan taekvondoçusu finala çıxıb - YENİLƏNİB-1
Paris-2024: Azərbaycan taekvondoçusu olimpiadaya yollanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












