Paris-2024-də finala yüksələn Azərbaycan idmançısı: Bakıya olimpiya çempionu kimi qayıtmaq istəyirəm
Bakıya olimpiya çempionu kimi qayıtmaq istəyirəm.
"Report"un Parisə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında finala yüksələn Azərbaycan taekvondoçusu Qaşım Maqomedov deyib.
24 yaşlı idmançı bu günün onun üçün çətin keçdiyini bildirib:
"Mənim üçün çətin gün idi. Finala yüsəldiyimə hələ də inana bilmirəm. Amma artıq bu həqiqətdir. Qarşıda məni çətin final görüşü gözləyir. İnşallah, həmin görüşdən də qələbə ilə ayrılacağam. Bakıya olimpiya çempionu kimi qayıtmaq istəyirəm. Hər şeyə görə Allahıma şükürlər olsun".
Qeyd edək ki, 58 kq çəki dərəcəsində mübarizə aparan Qaşım Maqomedov yarımfinalda italiyalı olimpiya çempionu Vito Dellakvilaya qalib gələrək həlledici mərhələyə vəsiqə qazanıb. O, finalda Cənubi Koreya taekvondoçusu Park Taejoonla üz-üzə gələcək.
Oxşar xəbərlər
Paris-2024: Azərbaycan taekvondoçusu finala çıxıb - YENİLƏNİB-1
Paris-2024: Azərbaycan taekvondoçusu qələbə qazanıb
Paris-2024: Azərbaycan taekvondoçusu 1/4 finala yüksəlib
Paris-2024: Azərbaycan taekvondoçusu yarımfinala çıxıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatıb
