Главная > SÖZÜM VAR ! / Cəmiyyət > Uşaq təhsilə yox, telefona bağlanır – günah kimdədir?
Uşaq təhsilə yox, telefona bağlanır – günah kimdədir?8-06-2025, 12:55. Разместил: izzet |
|
Məktəbdə müəllim danışır, şagirdin isə diqqəti stolun altında gizlətdiyi telefonda. Ana yemək bişirir, uşaq YouTube-da “oyun açır”. Atası ilə parka çıxır, amma başını telefondan qaldırmır. Nənə nəvəyə nağıl danışmaq istəyir, nəvə isə “TikTok” izləmək istəyir. Bəli, bu gün uşaqlar dərsə yox, telefona, həyata yox, ekrana bağlanır. Və sual budur: günah kimdədir? Uşaqda? Müəllimdə? Valideyndə? Cəmiyyətdə? Sizinxəbər.Az xəbər verir ki, bu barədə köşə yazarı İzzət Qurbanov paylaşım edib: Texnologiya düşməndirmi? Ən pisi də odur ki, artıq əksər uşaqlar real həyatda az danışır, az hərəkət edir, az maraqlanır. Onlar daha çox virtual dünyada yaşayır, orada danışır, orada qışqırır, orada sevinir. Valideynin əli dolu, uşaq isə boş qalır Bəzən valideyn deyir: “İşim var, başım qarışıqdır.” Amma uşağın ruhu qarışıbsa, sənin işin heç nə ifadə etmir. Bu cəmiyyətin sabahı ekrana gömülürsə, sən bu gün nə qədər işləsən də, faydasızdır. Müəllim də acizdir Biz uşaqdan “klasik” davranış gözləyirik, amma o, texnoloji partlayışın ortasında böyüyür. Hər dəqiqə bir vizual, bir impuls, bir xəbər, bir paylaşım — onun beyninə təzyiq edir. Sakit oturmaq, dinləmək, düşünmək onun üçün “darıxdırıcı” bir prosesdir. Günahkar axtarmayaq, çözüm axtaraq Valideyn: Özünü tərbiyə etmədən övladını tərbiyə edə bilməz. Məktəb: Müasir təhsil metodlarını tətbiq etmədən diqqət qazana bilməz. Cəmiyyət: Uşaqlara uyğun mühit yaratmadan onların davranışına şikayət edə bilməz. Əgər 7 yaşlı uşaq gündə 6 saat telefonla oynayırsa, biz ona yox, onu o vəziyyətə salan sistemə baxmalıyıq. Sonda bir cümlə İzzət Qurbanov Вернуться назад |