Sizinxeber.az » SÖZÜM VAR ! » Uşaq təhsilə yox, telefona bağlanır – günah kimdədir?

Uşaq təhsilə yox, telefona bağlanır – günah kimdədir?

Məktəbdə müəllim danışır, şagirdin isə diqqəti stolun altında gizlətdiyi telefonda. Ana yemək bişirir, uşaq YouTube-da “oyun açır”. Atası ilə parka çıxır, amma başını telefondan qaldırmır. Nənə nəvəyə nağıl danışmaq istəyir, nəvə isə “TikTok” izləmək istəyir.

Bəli, bu gün uşaqlar dərsə yox, telefona, həyata yox, ekrana bağlanır. Və sual budur: günah kimdədir? Uşaqda? Müəllimdə? Valideyndə? Cəmiyyətdə?

Sizinxəbər.Az xəbər verir ki, bu barədə köşə yazarı İzzət Qurbanov paylaşım edib:

Texnologiya düşməndirmi?
Yox, texnologiya düşmən deyil. Amma məqsədsiz, nəzarətsiz və dəyərsiz istifadəsi fəlakətdir. Telefon, planşet, internet — bunlar uşağın inkişafı üçün faydalı vasitələrə çevrilə bilər. Amma nə vaxt ki, bu cihazlar uşağın tək dostuna, yeganə məşğuliyyətinə və əsas həyat marağına çevrilir, orada problem başlayır.

Ən pisi də odur ki, artıq əksər uşaqlar real həyatda az danışır, az hərəkət edir, az maraqlanır. Onlar daha çox virtual dünyada yaşayır, orada danışır, orada qışqırır, orada sevinir.

Valideynin əli dolu, uşaq isə boş qalır
Uşağın telefona bağlanmasının birinci günahkarı ağzı dolu, əli boş olmayan valideyndir. Öz telefonunda saatlarla sosial mediada vaxt keçirən ata-ana, uşağa “dərs oxu” deməklə məsuliyyətdən qurtulmuş sayılır. Uşağı sakitləşdirmək üçün telefon verilir, yatırtmaq üçün cizgi filmi açılır, ağlamasın deyə “oyun” göstərilir.

Bəzən valideyn deyir: “İşim var, başım qarışıqdır.” Amma uşağın ruhu qarışıbsa, sənin işin heç nə ifadə etmir. Bu cəmiyyətin sabahı ekrana gömülürsə, sən bu gün nə qədər işləsən də, faydasızdır.

Müəllim də acizdir
Məktəbdə müəllim nə etsin? Şagirdin maraq dairəsi artıq telefonla formalaşıbsa, müəllim səsi ilə, lövhə ilə, slaydla onun diqqətini necə çəksin? Təhsil sistemi hələ də 90-cı illərin metodları ilə işləyir. Amma uşaq 2024-də yaşayır.

Biz uşaqdan “klasik” davranış gözləyirik, amma o, texnoloji partlayışın ortasında böyüyür. Hər dəqiqə bir vizual, bir impuls, bir xəbər, bir paylaşım — onun beyninə təzyiq edir. Sakit oturmaq, dinləmək, düşünmək onun üçün “darıxdırıcı” bir prosesdir.

Günahkar axtarmayaq, çözüm axtaraq
Əgər bu prosesi dayandırmaq istəyiriksə, təqsirkar ovuna yox, məsuliyyət bölgüsünə çıxmalıyıq.

Valideyn: Özünü tərbiyə etmədən övladını tərbiyə edə bilməz.

Məktəb: Müasir təhsil metodlarını tətbiq etmədən diqqət qazana bilməz.

Cəmiyyət: Uşaqlara uyğun mühit yaratmadan onların davranışına şikayət edə bilməz.

Əgər 7 yaşlı uşaq gündə 6 saat telefonla oynayırsa, biz ona yox, onu o vəziyyətə salan sistemə baxmalıyıq.

Sonda bir cümlə
Uşaq telefona bağlanıbsa, deməli həyat ona bağlana bilməyib.
O bağ qırılıbsa, məsuliyyət hamımızın üzərindədir.
Telefonun verdiyi səssiz tərbiyə, sabah bizə hayqırtı ilə qayıda bilər.

İzzət Qurbanov
“Sözüm var” layihəsi üçün yazdı.

ДРУГИЕ НОВОСТИ

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  2. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  3. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  4. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  5. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  6. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  7. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  8. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  9. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
  10. Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Галерея
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq" width="290" alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib width="290" alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir width="290" alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib width="290" alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik" width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />
Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib