Главная > SÖZÜM VAR ! / Cəmiyyət > Taksi xidməti, yoxsa narahatlıq ünvanı? – Qadın sərnişinlərin təhlükəsizliyi
Taksi xidməti, yoxsa narahatlıq ünvanı? – Qadın sərnişinlərin təhlükəsizliyi26-06-2025, 14:20. Разместил: izzet |
|
Son zamanlar Bakıda fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə etik normalara zidd davranışları, xidmət çərçivəsindən kənara çıxaraq yersiz söhbət və qeyri-ciddi təkliflərlə çıxış etmələri cəmiyyətin ciddi narazılığına səbəb olub. Sosial şəbəkələrdə paylaşılan statuslar, şəxsi hekayələr və xüsusilə də hüquq-mühafizə orqanlarına daxil olan müraciətlər göstərir ki, “sürücü-müştəri” münasibəti bəzi hallarda təhlükəyə çevrilib. Bu hadisələr təkcə “taksi mədəniyyətinin pozulması” deyil – ictimai əxlaqın, qadın təhlükəsizliyinin və etik davranış normalarının pozulmasıdır. “Salam”dan sonra gələn narahatlıq Qadınların dilindən çıxan şikayətlər isə bunlardır: – “Əvvəlcə harada işlədiyimi soruşdu, sonra 'gözəl səsiniz var' deyə davam etdi...” Bu cür hallar artıq istisna yox, getdikcə yayılan narahatlıq halıdır. Qadın sərnişin evinə rahat çatmaq üçün yox, ən qısa vaxtda bu “söz bazarından” qurtulmaq üçün yol axtarır. Hüquqi baxımdan bu nə deməkdir? Sürücünün sərnişinə cinsi xarakterli suallar verməsi, Təklif etməsi, Məkan dəyişmək, ünvan təklif etmək, Və ya sadəcə təhdidedici tonda danışması artıq qanunsuz davranış, hətta taciz kimi qiymətləndirilə bilər. Daxili İşlər Nazirliyi artıq bu istiqamətdə bəzi sürücülərə qarşı tədbirlər görüb. Amma problemin kökü yalnız cəzada yox, mədəniyyətdədir. “Müştəri həmişə haqlıdır”, bəs sərnişin təhlükədədirsə? Söhbət etmək istəyən qarşıdakı insana seçim haqqı tanımalıdır. O insan səninlə danışmaq istəməyə bilər. Onun susma haqqı var. Sualına cavab verməmək ixtiyarı var. Sən taksidə sərnişin daşıyırsan, münasibət yox. Qadınlar nə istəyir? Bu istəklər nə şıltaqlıqdır, nə də eqoistlik. Bu, bir insanın hüququdur. Platformaların məsuliyyəti Həmçinin, şikayət mexanizmləri zəifdir. Bu yetərli deyil. Taciz edən sürücü bloklanmalı, yenidən eyni platformaya daxil ola bilməməlidir. Çünki bu artıq təkcə “şikayət” yox – cəmiyyətin təhlükəsizliyinə təhdiddir. Dərindən baxsaq... Bu problem təkcə qadın sərnişinləri deyil – sürücülük peşəsinin öz nüfuzunu da sarsıdır. Hər kəsə şamil olunmasa da, bir neçə pozucu element bütün peşəyə kölgə salır. Hətta vicdanlı, dürüst, əziyyətlə çalışan sürücülər belə “bizi də belə bilirlər” deyə şikayət edirlər. Sözüm var: Əgər taksi xidmətinə görə müraciət yox, şikayət artırsa, bu sistemin xidmət yox, təzyiq yaratdığını göstərir. Taksi maşını sürücünün mülkü deyil – ictimai etimad nöqtəsidir. O etimadı itirən – gələcəkdə bu sahəyə inamı da itirəcək. Qadın sərnişin sadəcə çatmaq istədiyi ünvana yox, təhlükəsizliyə da getmək istəyir. Onun üçün taksi yolu maraqlı yox, rahat olmalıdır. Qoy bu yazı vicdanlı sürücülərin hörmətini artırsın, (İzzət Qurbanov – “Sözüm var” layihəsi üçün) Вернуться назад |