Главная > Cəmiyyət > Siz DTX-dən çox bilirsiz? - Haqqında cinayət işi açılan QHT sədrindən ağır ittihamlar
Siz DTX-dən çox bilirsiz? - Haqqında cinayət işi açılan QHT sədrindən ağır ittihamlar22-08-2025, 14:50. Разместил: izzet |
|
Cinayət məsuliyyətinə cəlb edilmiş Neftçala rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi, “Neftçalada Qadınların Sosial İnkişafına Dəstək” ictimai birliyinin sədri Gülqədəm Mirzəzadə ittihamları qəbul etmir. O, Bakupost.az -a açıqlamasında bildirib ki, vəzifəli şəxslərin qanunsuz tələblərini yerinə yetirmədiyinə görə, təzyiqlərlə üzləşib və ona qarşı saxta cinayət işi açılıb. “Dünən mənə Neftçala Rayon Prokurorunun müstəntiqi mənə zəng edib, bəzi saytlarda haqqımda yazı dərc olunması, eləcə də adımın İsmayıl Vəliyevin kadrı kimi hallanması barədə məlumat verdi. G.Mirzəzadə bildirib ki, vaxtilə bələdiyyə sədri olduğu ərazinin sakinləri, qazilər Nazirlər Kabinetinə yüksək vəzifəli şəxsin atasıyla bağlı şikayət ediblər və məsələ də bundan sonra baş verib “Görünür həmin işi bağlamaq üçün məni qurban seçiblər...” Qeyd edək ki, G.Mirzəzadə 2015-ci ildən indiyədək “Neftçalada Qadınların Sosial İnkişafına Dəstək” ictimai birliyinin sədridir.Bir müddət Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsində çalışıb. İ.Vəliyev həbs edildikdən sonra G.Mirzəzadə 2 il kənd icra nümayəndəsi kimi fəaliyyətini davam etdirib. Вернуться назад |