Siz DTX-dən çox bilirsiz? - Haqqında cinayət işi açılan QHT sədrindən ağır ittihamlar
sizinxeber.az xəbər saytı

Siz DTX-dən çox bilirsiz? - Haqqında cinayət işi açılan QHT sədrindən ağır ittihamlar


Cinayət məsuliyyətinə cəlb edilmiş Neftçala rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi, “Neftçalada Qadınların Sosial İnkişafına Dəstək” ictimai birliyinin sədri Gülqədəm Mirzəzadə ittihamları qəbul etmir.

O, Bakupost.az -a açıqlamasında bildirib ki, vəzifəli şəxslərin qanunsuz tələblərini yerinə yetirmədiyinə görə, təzyiqlərlə üzləşib və ona qarşı saxta cinayət işi açılıb.

“Dünən mənə Neftçala Rayon Prokurorunun müstəntiqi mənə zəng edib, bəzi saytlarda haqqımda yazı dərc olunması, eləcə də adımın İsmayıl Vəliyevin kadrı kimi hallanması barədə məlumat verdi.
Məni həbsdə olan keçmiş məmurun kadrı kimi təqdim etmək, həqiqətə uyğun olmayan məlumatların fonunda təqdim etmək açılan cinayət işinin sifarişli olduğunu deməyə əsas verir. Mən Neftçalada 1987-ci il tarixindən müxtəlif vəzifələrdə, altı nəfər İcra başçısı ilə çalışmışam. Neftçala Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı İsmayıl Vəliyev artıq 2020-ci ildən həbsdədir. Onun həbsi vaxtı Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi tərəfindən araşdırılarkən dindirilməyə çağırılan 500 nəfərin siyahısında mənim adım olmayıb. Məncə, Nazirlik kimin əlinin rüşvətə bulaşdığını daha yaxşı bilir. Yoxsa, siz onlardan çox bilirisiz?
17 Yanvar 2020-ci il tarixindən 10 Noyabr 2021-ci il tarixədək Aşağı Qaramanlı bələdiyyəsinin sədri olaraq çalışarkən heç bir qanun pozuntusuna yol verməmişəm. Hal-hazırda haqqımda çıxarılan ittiham qərarı da əsassızdır, və əminəm ki, məhkəmədəki ədalətli yanaşma əsassız ittihamın üzərimdən götürülməsinə səbəb olacaq”.

G.Mirzəzadə bildirib ki, vaxtilə bələdiyyə sədri olduğu ərazinin sakinləri, qazilər Nazirlər Kabinetinə yüksək vəzifəli şəxsin atasıyla bağlı şikayət ediblər və məsələ də bundan sonra baş verib “Görünür həmin işi bağlamaq üçün məni qurban seçiblər...”

Qeyd edək ki, G.Mirzəzadə 2015-ci ildən indiyədək “Neftçalada Qadınların Sosial İnkişafına Dəstək” ictimai birliyinin sədridir.Bir müddət Neftçala şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsində çalışıb. İ.Vəliyev həbs edildikdən sonra G.Mirzəzadə 2 il kənd icra nümayəndəsi kimi fəaliyyətini davam etdirib.

Oxşar xəbərlər

Neftçalanın sabiq icra başçısının cinayət işi üzrə bankın qaldırdığı iddia təmin edilib
Ali Məhkəmə Neftçalanın sabiq icra başçısı barədə bankın şikayətini təmin edib
Qaxın icra başçısı və saxlanılan digər vəzifəli şəxslərin nədə ittiham olunduğu məlum olub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər